Saytımızı qiymətləndirin


 
 

Qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Tarix: 21-12-2021 | Saat: 15:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

 

Xidmətdən Qarabaginfo.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dekabrın 22-dən-25-dək havanın arabir yağıntılı olacağı, dekabrın 23-24-də bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.

 

Şimal-qərb küləyi dekabrın 23-də 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.

 

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq dekabrın 21-i axşamdan dekabrın 24-ü axşamadək ölkə ərazisində havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntının intensivləşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək.

 

Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.



Xəbəri paylaş

238 dəfə oxunub.

Digər xəbərlər