Saytımızı qiymətləndirin


 
 

Əliyev və Paşınyan yaxın günlərdə yenə Moskvada görüşə bilər
Tarix: 21-12-2021 | Saat: 11:54
Bölmə:Karusel / Region | çapa göndər

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin sonuna qədər Rusiyada daha bir görüş keçirə bilər. Bu barədə Ermənistanın “Past” qəzeti yazır.

“Nikol Paşinyan-İlham Əliyev görüşü Brüsseldə bu ilin sonuncu görüşü olmaya bilər. Xarici İşlər Nazirliyindəki mənbəmizin sözlərinə görə, Ermənistan və Azərbaycan liderləri bu il daha bir görüş keçirəcəklər. Və yenə Rusiyada. Bizdə məlumat var ki, görüş baş tutsa, yekun olacaq”, - qəzet yazır.

İlkin məlumata görə, yeni iclas geniş tərkibdə keçiriləcək. İclasda dövlət başçılarından başqa, üçtərəfli komissiyanın üzvləri - baş nazirin müavinləri Aleksey Overçuk, Mher Qriqoryan və Şahin Mustafayev, müdafiə nazirliklərinin rəhbərləri və xarici işlər nazirləri iştirak edəcəklər.

Qəzet əmin edir ki, görüşlə bağlı hələlik rəsmi məlumat olmasa da, məlumatın “görüşdən bir-iki gün əvvəl açıqlanacağını istisna edilmir”.(virtualaz.org)



Xəbəri paylaş

1285 dəfə oxunub.

Digər xəbərlər