Saytımızı qiymətləndirin


 
 

Putinin hərbi təşkilatının baş katibi Ermənistana gəlir
Tarix: 20-12-2021 | Saat: 14:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas dekabrın 22-24-də Ermənistana səfər edərək, ölkənin ali siyasi və hərbi rəhbərliyi ilə görüşəcək.

Qarabaginfo.az bildirir ki, bu barədə KTMT-nin saytında məlumat verilib.

Qeyd olunur ki, səfər zamanı Stanislav Zasın bu il KTMT sədri olan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü planlaşdırılır.

Görüş zamanı Zasın Paşinyana Kollektiv Təhlükəsizlik Şurasının sentyabr sessiyasının qərarlarının icrası və Ermənistanın sədrliyi dövründə KTMT-nin fəaliyyətinin prioritet istiqamətlərinin həyata keçirilməsi üzrə fəaliyyət planı layihəsini təqdim edəcəyi gözlənilir.

KTMT baş katibinin xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla da danışıqlar aparacağı planlaşdırılır.

KTMT-yə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.



Xəbəri paylaş

236 dəfə oxunub.

Digər xəbərlər