Tarix: 18-12-2021 | Saat: 12:27
Bölmə:Karusel / Gündəm | çapa göndər
Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən daha bir sürücü müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, Hövsan qəsəbəsində yaşayan Rəşad Həsənov idarə etdiyi “KİA” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb.
İlkin sorğu zamanı sürücü avtomobili narkotik maddə olan heroin qəbul edərək idarə etdiyini etiraf edib.
Təyin olunan ekspertiza zamanı Rəşad Həsənovun sükan arxasında narkotik vasitələrin təsiri altında olduğu sübuta yetirilib.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Onun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanan material məhkəməyə göndərilib.
Qeyd edək ki, araşdırma zamanı sürücünün avtomobili “rent a car” götürdüyü və bundan sonra digər hərəkət iştirakçılarının həyatını təhlükə altına qoyaraq narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə etdiyi məlum olub.
Bu istiqamətdə polis əməkdaşları tərəfindən ölkəboyu tədbirlər davam etdirilir.
Digər xəbərlər