Qondarma rejimin keçmiş "müdafiə naziri" Calal Arutunyana Ermənistanda yüksək vəzifə verilib.

Qarabaginfo.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, C.Arutunyan Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, hərbi əməliyyatlar zamanı Azərbaycan ordusunun dəqiq zərbəsi ilə avtomobilində vurulan C.Arutunyan ağır şəkildə yaralanmışdı.