Saytımızı qiymətləndirin


 
 

Politoloq: "BMT-nin bu məsələləri diqqətdə saxlaması bizi qürurlandırır"
Tarix: 17-12-2021 | Saat: 18:52
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Azərbaycan Prezidenti İlham Əliyev pandemiya dövründə təkcə ölkədə deyil, Qoşulmama Hərəkatına üzv dövlətlər üçün də ciddi addımlar atdı. Biz bir çox ölkəyə ciddi maliyyə yardımı göstərdik”.

Bu fikirləri Qarabaginfo.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Azərbaycan bu istiqamətdə səmərəli fəaliyyəti ilə bir çox ölkələrə örnək oldu: “Məsələn, Sudana 5 milyon dollar həcmində dəstək göstərdik. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 5 milyon dollar ianə edildi. Üstəlik, vaksin milliyyətçiliyinə qarşı ilk mübarizəyə biz başladıq. Beləliklə, peyvəndlərin ədalətsiz paylanmasına etiraz etdik. Qoşulmama Hərəkatına üzv dövlətlərin iştirakı ilə keçirilən onlayn iclasda da dövlət başçısı bu məsələyə konktret münasibət sərgilədi. Nəticədə vaksin bölgüsündə müsbət meyillərin şahidi olduq. Azərbaycanda artıq qalan vaksinlərin Qoşulmama Hərəkatının üzv ölkələri adından inkişaf etməkdə olan ölkələrə paylanması da çox humanist addım kimi qiymətləndirilməlidir. Bundan başqa, Prezident İlham Əliyev BMT Baş Assambleyasında pandemiya ilə əlaqədər xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi və buna nail oldu. Ötən ilin oktyabrında bu toplantı baş tutdu. İclasda həm dövlət başçımızın məruzəsi dinlənildi, həm də gələcək tədbirlər planı müzakirə olundu. BMT-nin bütün bu məsələləri diqqətdə saxlaması bizi qürurlandırır. Görünür, Azərbaycan bir çox sahədə olduğu kimi, pandemiyaya qarşı mübarizədə də nümunədir. Çünki biz sözügedən istiqamətdə əlimizdən gələni etməkdəyik”.

Qeyd edək ki, dekabrın 16-da BMT-nin Baş Assambleyasında Azərbaycan tərəfindən Qoşulmama Hərəkatının adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə qəbul edilib. 179 ölkənin dəstəyi ilə qəbul edilən qətnamənin əleyhinə heç bir ölkə səs verməyib.

Xatırladaq ki, 2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev “peyvənd millətçiliyi”ni, varlı və kasıb ölkələr arasında peyvəndlərə əlçatanlıqla bağlı qeyri-bərabərliyi bir daha tənqid etmiş və bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunması ilə bağlı Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasında qətnamənin irəli sürüləcəyini elan etmişdi.



Xəbəri paylaş

1240 dəfə oxunub.

Digər xəbərlər