Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda aliment ödəməyən 3 min nəfər AXTARIŞDADI
Tarix: 16-12-2021 | Saat: 16:51
Bölmə:Karusel / Sosial | çapa göndər

“Aliment işlərinin icrasında əsas çətinliklərdən biri də xaricdə yaşayan borclulardır”.



Qarabaqinfo.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Analitik-nəzarət şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Əhmədova bildirib.

 

O qeyd edib ki, sənədlər icraya daxil olduqdan sonra borclunun yaşayış yeri müəyyən olunmadıqda onun axtarışları ilə bağlı icra məmurunun qərarı əsasında tədbirlər görülür:



“Təbii ki, ölkə ərazisində polis orqanları tərəfindən axtarışlar aparılır. Lakin polis orqanlarının axtarışı nəticə vermədikdə dövlətlərarası axtarışla bağlı müraciət olunur. Lakin tələbkarlar da bilməlidir ki, xarici dövlətdə yalnız cinayət işləri ilə əlaqədar saxlanılma və təhvil verilmə həyata keçirilir”.



K.Əhmədova mülki işlərlə əlaqədar borcluların saxlanılması, təhvil verilməsinin həyata keçirilmədiyini qeyd edib:



“Dövlətlərarası axtarışa verilsə belə, yalnız həmin dövlətlərin polis orqanları tərəfindən bu şəxslərinin yerinin müəyyən olunması ilə bağlı tədbirlər həyata keçirilir və bizə məlumat verilir. Biz də tələbkara deyirik ki, həmin dövlətin məhkəmələrinə müraciət etsin. Təbii ki, məhkəməyə müraciətdən sonra beynəlxalq əməkdaşlıq vasitəsilə həmin ölkənin ərazisində qərarın icra olunması ilə bağlı tələb verilir.

Aliment ödəmədiyi üçün axtarışa verilən şəxslərin sayı ilk yarım il üçün təxminən 3 mindən çoxdur”.



Xəbəri paylaş

1268 dəfə oxunub.

Digər xəbərlər