Saytımızı qiymətləndirin


 
 

FHN: Ötən sutka 46 yanğına çıxış olub, 3 nəfər xilas edilib
Tarix: 28-09-2021 | Saat: 11:23
Bölmə:Karusel / Hadisə | çapa göndər

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi internet informasiya portalı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Qarabaqinfo.az nın FHN-in saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 46 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 3 nəfər xilas edilib, həmçinin Bakı şəhərinin Nəsimi rayonunda 1953-cü il təvəllüdlü Kupriyanova Nina Yevgenyevnanın və Bakı şəhərinin Xəzər rayonunda 1932-ci il təvəllüdlü Ukalova Klavdiya Samyonovnanın meyitləri mənzildə bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib APA



Xəbəri paylaş

2240 dəfə oxunub.

Digər xəbərlər