Saytımızı qiymətləndirin


 
 

AZAL xarici turistləri QORXUDUR
Tarix: 16-12-2021 | Saat: 15:25
Bölmə:Karusel / Sosial | çapa göndər

AZAL aviaşirkətinin biletlərinin baha olması daim müzakirə olunmaqdadır.

 

Biletlərin baha olmasına görə dəfələrlə müxtəlif səviyyələrdə AZAL rəhbərliyi sərt tənqid edilib. Bildirilib ki, şirkətin inhisarçı mövqeyi sərnişinlərə ziyan vurur. 

 

Bu məsələ ötən gün də Milli Məclisdə müzakirə mövzusuna çevrildi. Belə ki, deputatlar AZAL-ın bu qədər şikayətlərə baxmayaraq, hələ də qiymətləri günü-gündən qaldırdığını, bununla da ölkə turizminə ciddi ziyan vurduğunu qeyd ediblər.

 

Bəs AZAL-ın bilet qiymətləri ölkə turizminə və iqtisadiyyata necə təsir edir.

 

İqtisadçı-ekspert Xalid Kərim lQarabaqinfo.az-a uçuş biletlərinin ölkə iqtisadiyyatına təsiri barədə danışarkən deyib ki, AZAL-ın biletlərinin baha olması tək əhaliyə deyil, eyni zamanda iqtisadiyyata da mənfi təsir edir:

 

“Uçuş biletlərinin baha olması ölkəyə gələn turistləri qorxudan məsələyə çevrilib. Bu səbəbdən turistlər ölkəmizə gəlmir. Nəticədə biletlərin bahalığı ölkə iqtisadiyyatının güclənməsində maneə yaradır.(modern.az)

 

Digər tərəfdən, qiymətlərin baha olması AZAL-ın bilet satışlarına mənfi təsir göstərir, şirkət həqiqi müştərilərini itirir. Bilet satışı aşağı düşdükdə şirkətin sabit xərcləri artmış olur.

 

AZAL bir çox ölkələrin aviaşirkətlərini bizim ölkəyə buraxmadığı üçün insanlar xarici ölkələrə uçmaq üçün başqa şəhərə gedib uçuşu oradan davam etdirirlər. Nəticə etibarı ilə bu yenə ölkədən pulun kənara çıxışıdır və ölkə iqtisadiyyatına mənfi təsir göstərir”.

 

İqtisadçı bildirib ki, AZAL-ın pis idarəetmə sistemi ölkə turizminə ciddi təsir edir:

 

“AZAL-ın biletlərini aldıqda xərclərini ödəmiş oluruq. AZAL pis idarəetmə nəticəsində yüksək qiymətlər təyin edir və biz bileti almaqla onun mailiyyələşməsini həyata keçiririk. Bunun nəticəsində onun pis idarəçiliyinə işıq tutmuş oluruq.

 

AZAL-ın yüksək qiymətlər təyin etməsi ölkədə əhalinin maddi rifahına mənfi təsir göstərir, turizmin inkişafının qarşısını alır və müştəri itirmiş olur.

 

Bilirik ki, AZAL yüksək qiymət təyin etməklə dövlət büdcəsinə ziyan vurur. Baxmayaraq, büdcədən subsidiya alan qurumlardan biridir. Bu da öz növbəsində ölkə resurslarının səmərəsiz istifadəsidir”.



Xəbəri paylaş

1252 dəfə oxunub.

Digər xəbərlər