Saytımızı qiymətləndirin


 
 

Paşinyana qarşı yeni ittiham: “Alkoqolik!”
Tarix: 12-06-2021 | Saat: 16:50
Bölmə:Karusel / Region | çapa göndər

Paşinyana qarşı yeni ittiham: “Alkoqolik!”

“Alkoqolik erməni xalqının kollektiv imici ola bilməz”.

Qarabaginfo.az xəbər veiri ki, “Armenian News”a istinadla xəbər verir ki, bunu Daşnaksutyun partiyasının "Ermənistan" blokundakı təmsilçisi İşxan Saqatelyan bildirib.

Onun sözlərinə görə, Nikol Paşinyanın açıqlamalarına münasibət bildirməməyə qərar verib, lakin bir bəyanatı istisna edəcək. “Bu adam davamlı olaraq insanlar arasında düşmənçilik aşılayır. Onun xəyanətinə ortaq olmamğa çalışan insanlara müharibə elan edib. Bu gün dini elitaya qarşı da olacağını bildirib. Dəli xainə əllərini kilsədən, ruhanilərdən, milli dəyərlərdən uzaq tutmağa, hər şeyə zibil atmamağa çağırırıq. Xalqın adından danışır. Sərxoş halda çəmənlikdə uzanıb içki şüşəsini qucaqlamağı xalqın kollektiv obrazı olduğunu düşünür. Bu, doğru deyil. Erməni xalqının kollektiv obrazı çalışqan, yaradıcı insandır. Küçə sərxoşu xalqın kollektiv obrazı ola bilməz”. (Yenisabah.az)



Xəbəri paylaş

1298 dəfə oxunub.

Digər xəbərlər