Saytımızı qiymətləndirin


 
 

NRYTN: Qərb rayonlarına internetin verilməsi dayandırılmayıb
Tarix: 16-12-2020 | Saat: 13:44
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

NRYTN: Qərb rayonlarına internetin verilməsi dayandırılmayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) adından sosial şəbəkələrdə bu gecədən ölkənin qərb rayonlarına internetin verilməsinin tam dayandırılması ilə bağlı məlumatlar yayılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

"Məlumat nazirliyin loqosuna oxşar, ancaq ona məxsus olmayan loqo ilə, rayonların siyahısı əlavə olunmaqla yayılıb və həqiqəti əks etdirmir", - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, bu il sentyabrın 27-də Ermənistanın törətdiyi genişmiqyaslı təxribat və kiberinsidentlərin qarşısını almaq məqsədilə ölkəmizdə internetin verilməsində müvəqqəti məhdudiyyət tətbiq edilmişdi. Bu məhdudiyyət işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla noyabrın 12-də aradan götürülüb.

"Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər. Sosial media hesablarında bu kimi yalan məlumatlarla qarşılaşdıqda onların ekran görüntülərini (screenshot) paylaşaraq kütləviləşdirməsinlər. Həmçinin baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini və digər elektron sübutları saxlasınlar və bizə göndərsinlər. Hər hansı kiberinsidentlə üzləşdikdə və yaxud metodiki dəstəyə ehtiyac olduqda, www.cert.az saytı və yaxud [email protected] e-poçtu vasitəsilə nazirlik yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər", - deyə qurum bəyan edib.



Xəbəri paylaş

361 dəfə oxunub.

Digər xəbərlər