Saytımızı qiymətləndirin


 
 

“Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyirik” - Paşinyan
Tarix: 07-09-2022 | Saat: 12:37
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ermənistan Rusiyanın dəstəyilə Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyir.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar sessiyasında çıxış edərkən bildirib.

 

“Türkiyə ilə söhbət başlayıb. Rusiyanın dəstəyi əsasında Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa ümid edirik”, - deyən Paşinyan, həmçinin Azərbaycanla Qarabağ mövzusunda intensiv danışıqlar aparıldığını söyləyib.

 

“Biz həm də Rusiya Federasiyasının təkcə strateji müttəfiq kimi deyil, həm də Azərbaycanın tərəfdaşı kimi dəstəyinə ümid edirik. Mən Rusiya Federasiyasının ATƏT-in Minsk qrupunun həmsədri kimi rolunu xüsusi qeyd etmək istərdim”, - Paşinyan deyib.

 

Qeyd edək ki, 2021-ci ilin dekabrında Ermənistan və Türkiyə normallaşma prosesi üçün xüsusi nümayəndələr təyin ediblər. Ermənistan tərəfini parlamentin vitse-spikeri Ruben Rubinyan, Ankaranı ABŞ-dakı keçmiş səfir Serdar Kılıç təmsil edir. 

 

Diplomatlar artıq dörd dəfə görüş keçiriblər. Birinci görüş Moskvada, digər üç görüş isə Vyanada keçirilib. Bundan əlavə, Ermənistanın Baş naziri ilə Türkiyə prezidenti arasında ilk telefon danışığı iyul ayında baş tutub.



Xəbəri paylaş

177 dəfə oxunub.

Digər xəbərlər
9-02-2019, 10:43 Bürclər- 9 fevral