Tarix: 15-12-2021 | Saat: 08:49
Bölmə:Karusel / Siyasət | çapa göndər
Avropa Komissiyası yeni növ koronavirus pandemiyasını, həmçinin miqrasiya böhranını nəzərə alaraq Şengen zonasında islahatlar həyata keçirməklə bağlı təkliflər irəli sürüb.
Bu barədə Qarabaginfo.az RİA “Novosti”yə istinadən xəbər verir.
Qeyd olunub ki, təklif olunan dəyişikliklər Aİ daxilində koordinasiyanın gücləndirilməsinə yönəlib, dövlətlərə Aİ-nin ümumi xarici sərhədlərinin, eləcə də Şengen zonasındakı daxili sərhədlərin idarə edilməsində təkmilləşdirilmiş addımlar atmağa imkan verəcək.
Avropa Komissiyası təklif edir ki, Belarusun Polşa, Litva və Latviya ilə sərhədindəki vəziyyət kimi miqrasiya böhranı halında fəaliyyət göstərən keçid məntəqələrinin sayı azaldılsın, Aİ-nin xarici sərhədinin qorunması və qaçqınların bilavasitə sərhəd bölgəsində sığınacaq üçün müraciətlərinə baxılması üçün tədbirlər gücləndirilsin.
Bundan əlavə, Avropa Komissiyası Aİ ölkələrini readmissiyaya dair ikitərəfli sazişlər bağlamağa və ya yeniləməyə, sərhədyanı ərazilərdə hüquq-mühafizə orqanları arasında daha səmərəli əməkdaşlıq qurmağa dəvət edir.(Apa)
Digər xəbərlər