Saytımızı qiymətləndirin


 
 

Rusiya Qazaxıstanda tikiləcək ilk AES üçün iri dövlətlərarası kredit ayıra bilər
Tarix: 21-04-2026 | Saat: 12:11
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya Qazaxıstanda tikiləcək ilk AES üçün iri dövlətlərarası kredit ayıra bilər

Rusiya Qazaxıstanda inşa olunacaq ilk Atom Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi üçün ümumi vəsaitin 85%-i həcmində kredit ayıra bilər.

“TASS”ın verdiyi xəbərə görə, bunu Qazaxıstan Atom Enerjisi Agentliyinin rəhbəri Almasadam Satkaliyev bildirib.

“Stansiyamızın maliyyələşdirilməsi ilə bağlı problem olmayacaq. Rusiya Federasiyası tərəfindən Qazaxıstan Respublikasının hökumətinə dövlətlərarası kreditin verilməsini nəzərdə tutan bir formul müəyyən edilib”, - Almasadam Satkaliyev qeyd edib.

Onun sözlərinə görə, Rusiya “Rosatom” şirkəti ilə birgə inşa edilən “Balxaş” AES-in tikintisi ilə bağlı artıq hökumətlərarası sazişlər hazırlanır.

“Yəni birinci saziş birbaşa atom elektrik stansiyasının tikintisi ilə bağlıdır, ikinci saziş isə Rusiya tərəfindən maliyyələşdirmənin təmin edilməsi ilə əlaqədardır. Söhbət xərclərin 85%-nin kredit (Rusiya tarafindən - red.), 15%-nin isə Qazaxıstan Respublikası hökuməti tərəfindən qarşılanmasından gedir. Bu sənədlər hazırda kifayət qədər yüksək hazırlıq mərhələsindədir”, - Almasadam Satkaliyev qeyd edib.



Xəbəri paylaş

28 dəfə oxunub.

Digər xəbərlər