Saytımızı qiymətləndirin


 
 

Prezident İlham Əliyev: "Azərbaycan sülhə sadiqdir”
Tarix: 14-12-2021 | Saat: 19:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

Prezident İlham Əliyev: "Azərbaycan sülhə sadiqdir”

Biz NATO Baş katibi ilə regionda postmünaqişə vəziyyətini müzakirə etdik.

Qarabaginfo.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev NATO Baş katibi Yens Stoltonberqlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan sülhə sadiqdir.

“Bizim səylərimizin əsas məqsədi regionda hər hansı müharibə riskinin minimallaşdırılmasıdır. Bu məqsədə nail olmağın ən yaxşı yolu açıq kommunikasiyadır, aktiv dialoq yaratmaqdır və yenidən qonşu olmağı öyrənməkdir. Azərbaycan bu istiqamətdə fəaliyyətə açıqdır. Düşünürəm ki, Ermənistan da nə zaman bu istiqamətdə xoş niyyət göstərərsə, biz Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzərində işləməyə başlaya bilərik”, - dövlət başçısı vurğulayıb.

 



Xəbəri paylaş

1244 dəfə oxunub.

Digər xəbərlər