Saytımızı qiymətləndirin


 
 

“Tramp 14 günə dünyanı alt-üst etdi, Brüssel yatır” –Orban
Tarix: 04-02-2025 | Saat: 14:44
Bölmə:Karusel / Dünya | çapa göndər

“Tramp 14 günə dünyanı alt-üst etdi, Brüssel yatır”

“14 gün ərzində Donald Tramp artıq bir neçə tədbirlə dünyanı alt-üst etdi”.

Qarabaginfo.az bildirir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban paylaşımında yazıb.

“Dünən biz Brüsseldə prezident Trampın andiçmə mərasimindən sonra ilk Avropa İttifaqının sammitini keçirdik. Qəribə görüş idi. Brüsseldə hamı Tramp tornadosunun gəldiyini görür, lakin əksəriyyəti hələ də ondan ötrü keçə biləcəklərini düşünür. Amma işləməyəcək”- deyə Orban yazıb.

Onun sözlərinə görə, 14 gün ərzində Donald Tramp artıq bir neçə tədbirlə dünyanı alt-üst etdi: “Amerikada gender çılğınlığı, Sorosun qlobalist təşkilatlarının maliyyələşməsi, qeyri-qanuni miqrasiya bitdi. Rusiya-Ukrayna müharibəsinə dəstək də bitdi. Yəni son illər Brüsseldəki bürokratların bizə sırımağa çalışdıqları hər şey bitdi”.

“Amma başqa bir şey var. Biz də bildiyimiz kimi qlobal ticarət qaydaları ilə vidalaşa bilərik. Prezident Tramp Amerikanın maraqlarını, hətta Avropaya qarşı da müdafiə edəcək. Avropa İttifaqını çətin aylar gözləyir və Brüsseldəki bürokratları çətin günlər gözləyir”-deyə Orban vurğulyaıb.

Onun fikrincə, ABŞ-la iqtisadi əlaqələri saxlamaq üçün razılaşma, sövdələşməyə getmək lazımdır: “Ancaq yaxşı bir razılaşma yalnız bir-birini tanıyan deyil, həm də hörmət edənlər tərəfindən edilə bilər. Biz həmişə prezident Trampın qayıdacağını bilirdik, ona görə də hazır idik. Biz daim danışıqlar aparırıq və ABŞ-ın yeni administrasiyası ilə yaxşı anlaşma əldə edəcəyik.

Bəs Brüsseldəki bürokratlar? Yatağını düzəltdilər, qoy yatsınlar!”



Xəbəri paylaş

22 dəfə oxunub.

Digər xəbərlər