Bakının bu rayonunda böyük söküntü olacaq - Əhaliyə yeni mənzil və ya pul veriləcək
Tarix: 27-02-2023 | Saat: 12:57
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər
1208 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 27-02-2023 | Saat: 12:57
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

Bakıda Yasamal rayonu ərazisində kütləvi şəkildə fərdi evlərin söküntüsünə başlanacaq. Söhbət Alatava 1 qəsəbəsindəki fərdi yaşayış evlərindən gedir.
Baku.ws-in əldə etdiyi məlumata görə, təqribən 8 hektar ərazidə yerləşən fərdi evlər söküldükdən sonra yerində hündürmərtəbəli binalar inşa olunacaq.
Fərdi evlərin söküntüsünü icra edən şirkət rəsmiləri işlərə başlamaq üçün sakinlərlə razılığa gəlməlidir. Sakinlərə evlərini tərk etmək üçün isə 1500-2000 manat kompensasiya təklif edildiyi bildirilir.
Razılıq əldə olunacağı təqdirdə istəkdən asılı olaraq sakinlərə yeni tikiləcək 12 mərtəbəli binalarda öz evlərinin sahəsindən 20 kvadrat metr əlavə sahəsi olan mənzillər veriləcək. Bunun üçün onlara inşaat işləri gedən zaman 500 AZN kirayə pulunun da veriləcəyi deyilir. Eyni zamanda fərdi evlərinə görə pul almaq istəyən vətəndaşlara isə kompensasiya təqdim olunacaq.
Qeyd edək ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov da dünən jurnalistlərə açıqlamasında bildirib ki, Alatava 1 - Yasamal Rayon Polis İdarəsi ilə üzbəüz ərazidə söküntüyə başlamaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şirkətlərdən biri ilə razılıq əldə olunub.
Xəbəri paylaş
Digər xəbərlər
29-12-2020, 12:35
Bakıda 1 direktor və 18 müəllim koronavirusdan vəfat edib
21-11-2023, 17:21
“Fransa özünü insan haqlarının “vətən”i hesab edir”
15-12-2025, 14:35
Azərbaycanla Qazaxıstan energetika sahəsində strateji tərəfdaşlıq edəcək
31-10-2024, 08:05
Türkiyədə zirehli maşın aşıb, 10 əsgər yaralanıb
9-11-2021, 12:17
Türkiyə müdafiə naziri şəhid Valeh Məmiyevdən danışarkən kövrəlib
17-11-2025, 08:34
Ceyms Vensin korteji qəzaya uğrayıb
2-07-2025, 17:50
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
14-01-2021, 15:12
TANAP-la Azərbaycandan Türkiyəyə çatdırılan qazın həcmi açıqlandı
24-12-2024, 08:26
Ərdoğan: Suriyanın ərazi bütövlüyü Türkiyənin dəyişməz xəttidir
















