Saytımızı qiymətləndirin


 
 

Paşinyanın deputat qaynı Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırıldı
Tarix: 13-12-2021 | Saat: 19:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

Paşinyanın deputat qaynı Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırıldı

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü, Baş nazir Nikol Paşinyanın qaynı Hraçya Akopyan parlament binasında bu yaxınlarda baş vermiş davadan sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.

Qarabaginfo.az xəbər veirr kİ, bu məlumatı “Sputnik Ermənistan”a Akopyan özü təsdiqləyib.
“Bəli, məni Milli Təhlükəsizlik Xidmətinə çağırdılar və müvafiq izahatlar verdim. Bu, iki gün əvvəl olub”, - deyə Paşinyanın qaynı bildirib.

Deputat güc strukturuna hansı statusda - şahid, yoxsa şübhəli şəxs kimi çağırıldığını söyləməkdə çətinlik çəkib. O hesab edir ki, proses statusun dəqiqləşdirilməli olduğu mərhələyə çatmayıb. Akopyan insidentin digər iştirakçılarının MTX-yə çağırılıb-çağrılmaması barədə məlumatı olmadığını deyib.

Deyilənlərə əlavə edəcək heç nə olmadığını deyən millət vəkili dava ilə bağlı şərh vermək istəməyib.
Xatırladaq ki, dava dekabrın 7-də hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatları ilə “Hayastan” fraksiyasından olan deputatların köməkçiləri arasında baş verib.



Xəbəri paylaş

1232 dəfə oxunub.

Digər xəbərlər