Ana Sayfa > Karusel / Gündəm > Paşinyanın deputat qaynı Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırıldı
Paşinyanın deputat qaynı Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırıldı13-12-2021, 19:21. Yazar: Admin |
Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü, Baş nazir Nikol Paşinyanın qaynı Hraçya Akopyan parlament binasında bu yaxınlarda baş vermiş davadan sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb. Qarabaginfo.az xəbər veirr kİ, bu məlumatı “Sputnik Ermənistan”a Akopyan özü təsdiqləyib. Deputat güc strukturuna hansı statusda - şahid, yoxsa şübhəli şəxs kimi çağırıldığını söyləməkdə çətinlik çəkib. O hesab edir ki, proses statusun dəqiqləşdirilməli olduğu mərhələyə çatmayıb. Akopyan insidentin digər iştirakçılarının MTX-yə çağırılıb-çağrılmaması barədə məlumatı olmadığını deyib. Deyilənlərə əlavə edəcək heç nə olmadığını deyən millət vəkili dava ilə bağlı şərh vermək istəməyib. Geri dön |