Tarix: 13-12-2021 | Saat: 13:55
Bölmə:Karusel / Siyasət | çapa göndər
"Azərbaycan Pasifik Alyans ölkələrilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır".
Qarabaginfo.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Pasifik Alyansının Bakı ofisinin açılışında bildirib.
O deyib ki, Pasifik Alyans ən dinamik inkişaf edən iqtisadi təmayüllü beynəlxalq təşkilatlardandır və Bakı ofisinin açılışı təşkilat üzvlərinin sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatına maraq göstərdiklərinə işarədir.
Ölkədə həyata keçirilən ən perspektivli nəqliyyat layihələrindən söz açan nazir müavini diqqətə çatdırıb ki, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, habelə Zəngəzur dəhlizinin gözlənilən açılışı ticarət əməkdaşlığının inkişafı üçün geniş imkanlar yaradır.
“Biz həmçinin azad edilmiş ərazilərimizin bərpasına, bu istiqamətdə gələcək əməkdaşlığa Pasifik Alyansı ölkələrinin marağını alqışlayırıq”, - E.Məmmədov vurğulayıb.
Qeyd edək ki, Pasifik Alyans (Aianza del Pacifico) Meksika, Kolumbiya, Peru, Çili respublikalarının üzv olduğu ticarət birliyidir. Azərbaycan 2019-cu ilin iyul ayından təşkilatda müşahidəçi statusa malikdir. (report.az)
Digər xəbərlər