Saytımızı qiymətləndirin


 
 

Prezidentin köməkçisi: "Ermənistanın Azərbaycana qarşı qara piar kampaniyası davam edir"
Tarix: 11-12-2021 | Saat: 15:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Prezidentin köməkçisi: Ermənistanın Azərbaycana qarşı qara piar kampaniyası davam edir

"Vətən müharibəsi dövründə qardaş Türkiyə və Azərbaycanın media nümayəndələrinin çiyin-çiyinə, birgə fəaliyyət göstərməsini və mesajlarımızın Türkiyə mediası üzərindən beynəlxalq ictimaiyyətə çatdırılmasını xüsusi vurğulamalıyam. Xüsusilə də, kontent yaradılmasının, foto, video elementlərin canlı şəkildə hazırlanaraq hər iki mediada təqdim olunmasını qeyd etmək istərdim".

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan bu istiqamətdə fəaliyyətini davam etdirir: "Müasir dünyada ölkələrin brendinin yaradılması tendensiyası da strateji kommunikasiyanın tərkib hissələrindən biridir. Gördüyümüz kimi, müharibədən sonrakı dövrdə də Ermənistanın Azərbaycana qarşı təbliğatı, qara piar kampaniyası davam etməkdədir. Azərbaycanı tamamilə başqa formada təqdim etməyə çalışırlar. Ona görə də Azərbaycan dünyaya milli brendi ilə daxil olmaqdadır. Artıq Azərbaycan Erməsitanın törətdiyi vəhşiliyə, dağıntılara cavab olaraq Qarabağı cənnətə çevirəcək yeni quruculuq işlərinə başlayıb və bütün dünya bunu görür. Bu da strateji kommunikasiyamızda Prezident İlham Əliyev tərəfindən müəyyən olunan yeni çalarları özündə əks etdirir".



Xəbəri paylaş

301 dəfə oxunub.

Digər xəbərlər