Saytımızı qiymətləndirin


 
 

NASA qara dəliklərin sirrini açmaq istəyir
Tarix: 11-12-2021 | Saat: 07:18
Bölmə:Karusel / Dünya | çapa göndər

NASA qara dəliklərin sirrini açmaq istəyirAmerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) “Imaging X-ray Polarimetry Explorer” (IXPE) adlı kosmik aparatı “SpaceX” şirkətinin “Falcon 9” raketi ilə kosmosa buraxılıb.

Qarabaginfo.az xəbər verir ki, Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən buraxılan missiya çərçivəsində qara dəliklərlə bağlı araşdırmalar aparılacaq.

Güzgülər və detektorlardan ibarət üç eyni teleskopun daxil olduğu IXPE qalaktikada görünməyən qaz və tozun içinə nüfuz edərək görüntüləri ötürə bilir.

NASA-nın Baş Qərargahında Elm Missiyasının direktor müavini Tomas Zurbuxen bildirib ki, IXPE kainatı əvvəllər heç görmədiyimiz üsullarla göstərəcək.

X-şüalarını toplayan və fokuslayan 24 güzgüdən ibarət teleskoplarda italyan alimləri tərəfindən hazırlanmış həssas detektorlar var.

Astronomlar yeni texnikadan istifadə edərək keçən ay ilk dəfə Süd Yolunun kənarında qara dəlik kəşf etmişdilər. Aşkar edilmiş qara dəlik, Süd Yolu ilə bitişik Böyük Magellan Buludunda ulduzlar konqlomeratı olan NGC 1850-də tapılıb. Modern.az



Xəbəri paylaş

1290 dəfə oxunub.

Digər xəbərlər
6-07-2023, 16:25 Prezident onu təltif etdi