Saytımızı qiymətləndirin


 
 

Azərbaycana gələn ukraynalılar qaçqın olmaq istəmir - RƏSMİ
Tarix: 17-03-2022 | Saat: 12:20
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ötən gün jurnalistlərə açıqlamasında Ukraynada müharibə səbəbindən 9500-dən çox şəxsin Azərbaycana təxliyə edildiyini bildirib. Xidmət rəisinin sözlərinə görə, təxliyə olunanlar arasında Ukrayna vətəndaşları da var. Belə ki, son 15 gün ərzində 2800-ə yaxın Ukrayna vətəndaşı Azərbaycana gəlib. 

 

Ölkəmizdən sığınacaq istəmələrinə baxmayaraq, Ukrayna vətəndaşları qaçqın statusu almaq üçün müraciət etməyiblər.

 

Dövlət Miqrasiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, xidmətin qaynar xəttinə Ukrayna vətəndaşları tərəfindən qaçqın statusu almaq üçün müraciət edənlər olmayıb.

 

Xidmətdən bildirilib ki, Azərbaycana gələn Ukrayna vətəndaşları 90 gün ölkədə qala bilərlər. Onların əsas məqsədi müvəqqəti sığınacaq almaq, müharibə bitəndən sonra öz ölkələrinə qayıtmaqdır



Xəbəri paylaş

251 dəfə oxunub.

Digər xəbərlər