Saytımızı qiymətləndirin


 
 

Yeni ildə Azərbaycandakı hotellərdə qiymətlər - SİYAHI
Tarix: 10-12-2021 | Saat: 12:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yeni ildə Azərbaycandakı hotellərdə qiymətlər – SİYAHI

 

Azərbaycanda Yeni il bayramı ilə bağlı 5 gün iş olmayacaq. Belə ki, 2021-ci il dekabrın 31-i və 2022-ci il yanvarın 1 və 2-i bayram günləri ilə bağlı qeyri-iş günüdür. Bayram günləri şənbə və bazar günlərinə təsadüf etdiyindən yanvarın 3 və 4-ü də tətil günlərinə daxil edilib.

Elə bu səbəbdən də vətəndaşlar bayramı və istirahət günlərini müxtəlif bölgələrimizdə, xüsusən də hotellərdə keçirməyə can atır.

Qarabaginfo.az xəbər verir ki, index.az bayram ərəfəsində Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən bir sıra hotellərin qiymətlərini araşdırıb. Həmin qiymətləri təqdim edirik:

 

Quba Palace Hotel

Hotelin bayram günlərini əhatə edən xüsusi proqramı var. Belə ki, dekabrın 31-i və yanvarın 1-2-ni əhatə edən 3 günlük gecələmə üzrə dağ mənzərəli 2 nəfərlik standart nömrələrə 1550 AZN, göl mənzərəli 2 nəfərlik standart nömrələrə 1650 AZN ödəniş tələb olunur. “Junior suit” otaqları üçün isə 3 günlük qiymət 1750 AZN-dir.

Qiymətlərə dekabr 31-i günorta yeməyi və xüsusi şam yeməyi, növbəti iki gündə isə səhər yeməyi daxildir.

 

Qalaaltı Hotel & Spa

 

Dekabrın 31-i və yanvarın 1-2-i üçün 3 gecəlik qiymət 2 nəfərlik standart nömrələr üçün 1170 AZN, delüks nömrələr üçün 1350 AZN təşkil edir.

Qiymətlərə gün ərzində 3 dəfə qidalanma, hovuz və SPA xidmətləri, bayram günləri üçün əyləncə proqramı daxildir.

 

Marxal Resort & Spa

 

Hotel bayram tətili ərəfəsi üçün 2 gecəlik xüsusi qiymətlər müəyyən edib. Belə ki, standart eyvansız 2 nəfərlik nömrələr 990 AZN, eyvanlı nömrələr isə 1030 AZN-ə təklif olunur. Delüks suit otaqların qiyməti isə 1190 AZN-dən başlayır.

Xidmətə səhər yeməyi, gündəlik əyləncə proqramları, “Yeni il Qala gecəsi”ndə iştirak daxildir.

 

Şamaxı Palace Sharadil Hotel

Şamaxı Palace hotelində Yeni il bayram qiymətləri 1280 AZN-dən başlayır. Qiymət delüks otaqda, 2 gecə, 3 günlük (dekabrın 31-i, yanvarın 1 və 2-i), 2 nəfərlik, 3 dəfə qidalanma sistemi üzrə hesablanıb. Eləcə də, qiymətə Bayram şənliyi daxildir. 0-6 yaş arası uşaqlara görə ödəniş tələb olunmur. 7-12 yaş arası uşaqlara görə 200 AZN ödəniş tələb olunur. 13 yaş və üzəri uşaqlara görə 400 AZN ödəniş tələb olunur. Qiymət 1 uşağa görə toplam 2 gecə 3 günük hesablanıb.

 

Qafqaz Riverside Hotel

 

Bayram ərəfəsində hoteldə 2 gecələmə üzrə qiymətlər müəyyən olunub. Belə ki, 2 nəfərlik standart otağın qiyməti 1266 manat, suit otağın qiyməti isə 1416 manat olacaq.

Qiymətlərə səhər yeməyi, SPA xidmətləri, bayram gecəsi üçün nəzərdə tutulmuş qala və şam yeməyi daxildir.

 

Sakit Göl Hotel

 

Hotel dekabrın 30-31-i və yanvarın 1-i tarixləri üçün 3 gecə 4 günü əhatə edən proqram nəzərdə tutub.

Bu zaman 2 nəfərlik standart otağın (hotel bina otağı-dağ mənzərə) qiyməti 1880 AZN, delüks otaq (hotel bina otağı-göl mənzərə) 1950 AZN, 2 nəfərlik kotec 1880 AZN təşkil edir.

 

Şahdağ Hotel & Spa

 

Dekabrın 31-i üçün 2 nəfərlik standart nömrələr 310 AZN-ə, dekabrın 31-i üçün qala konsert proqramı da daxil olmaqla 880-980 AZN təşkil edir.

Xidmətlərə səhər yeməyi, fitnes zalından istifadə və açıq hovuz daxildir.

 

Şəki Palace Hotel

 

Hoteldən Yeni il ərəfəsində 2 nəfərlik standart otaqların qiymətinin 140 manat, 3 nəfərlik otağın qiymətinin 160 manat olduğu deyildi.

Xidmətə səhər yeməyi, hovuz və SPA xidmətləri daxildir.

 

Xəzər Palace Hotel

 

Bayram günləri üçün hoteldə 2 nəfərlik standart nömrələr üçün qiymət 150 AZN, delüks nömrələr üçün 180 AZN nəzərdə tutulub.

 

Lankaran Springs Wellness Resort

 

Dekabrın 31-i və yanvarın 1-2-i tarixləri üçün 3 günlük Yeni il proqramı üzrə 2 nəfərlik standart nömrə 1170 AZN, standart teraslı nömrə 1270 AZN qiymətlə təklif olunur.

Yeni il proqramına 3 dəfə qidalanma, SPA xidmətləri və Yeni il gecəsi üçün xüsusi şənlik proqramı daxildir.



Xəbəri paylaş

258 dəfə oxunub.

Digər xəbərlər