Saytımızı qiymətləndirin


 
 

Türkiyənin SİPER havadan müdafiə sisteminin uçuş testləri keçirilib
Tarix: 06-11-2021 | Saat: 15:44
Bölmə:Karusel / Region | çapa göndər

Türkiyənin SİPER havadan müdafiə sisteminin uçuş testləri keçirilib

“Uzun mənzilli və çox qatlı milli hava hücumundan müdafiə sistemimiz olan SİPER-in inkişafında daha bir mərhələni uğurla başa vurduq".

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Demir “Twitter” səhifəsində paylaşıb.

Yerli istehsal olan S-400 modelli SİPER havadan müdafiə sisteminin görüntülərini ilk dəfə paylaşan İ. Demir 2023-cü ilin inventarına daxil edilməsi planlaşdırdılan SİPER-lə Türkiyənin səmasını ən çətin təhdidlərdən və təhlükələrdən qoruyacaq.

“Hava hücumundan müdafiə sistemlərimiz daha yüksək səviyyələrə çatdırırıq. SİPER-lə hədəflərimizə çatmaq üçün daha bir testi gerçəkləşdirdik. Ölkəmizdə 5-6 növ hava hücumundan müdafiə sistemi fəaliyyət göstərməsinə nail olacağıq”, - deyə İ. Demir vurğulayıb.



Xəbəri paylaş

1258 dəfə oxunub.

Digər xəbərlər