Saytımızı qiymətləndirin


 
 

Dağlıq Qarabağda referendumun keçirilməsi heç vaxt qeydə alınmayıb - Paşinyan
Tarix: 09-12-2021 | Saat: 07:45
Bölmə:Karusel / Region | çapa göndər

Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı Putinə zəng edib

“Dağlıq Qarabağın yekun statusu onun müstəqilliyi demək deyil”.

Qarabaginfo.az xəbər verir ki, bunu Paşinyan parlamentin bugünkü iclasında deyib. 

Paşinyan Ermənistan cəmiyyətində müəyyən təbliğat nəticəsində formalaşan "“Dağlıq Qarabağın yekun statusu” mütləq Qarabağın müstəqilliyini nəzərdə tutur" fikirinə “Bunu kim deyib?" - deyə cavab verib.

“Artıq referendum institutu və onun tələlərindən danışmışam. Məsələn, danışıqlar prosesində Dağlıq Qarabağ azərbaycanlılarının iştirakı nəzərdə tutulurdu. Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, danışıqlar prosesində və mövcud sənədlərdə Dağlıq Qarabağ ərazisində potensial referendumun keçirilməsi heç vaxt qeydə alınmayıb. Başa düşürsüz? Bu referendumun keçiriləcəyi ərazi müəyyən edilməyib. Burada çox incəliklər var”, - deyə baş nazir izah edib.



Xəbəri paylaş

1222 dəfə oxunub.

Digər xəbərlər