Tarix: 01-11-2021 | Saat: 14:03
Bölmə:Karusel / Gündəm | çapa göndər
Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və ödənilməsinin xüsusiyyətlərinə görə rüsumların yeni qiymətləri müəyyənləşib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda bildirilir.
Belə ki, reklam daşıyıcısının quraşdırıldığı zonadan asılı olaraq bu Qanunun 33-1-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir:
Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə - 0,8;
Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan şəhərləri və
Xaçmaz rayonunun Nabran qəsəbəsi üzrə - 0,7;
Digər şəhər (rayon), qəsəbə və kənd üzrə - 0,5.
Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə ediləcək.
Digər xəbərlər