Saytımızı qiymətləndirin


 
 

Ukrayna XİN: Rusiyanın Kursk vilayətinin ərazisini ələ keçirməkdə maraqlı deyilik
Tarix: 13-08-2024 | Saat: 17:19
Bölmə:Karusel / Region | çapa göndər

Ukrayna XİN-in nümayəndəsi Georgi Tixiy

 

"Rusiyanın ərazisində gözümüz yoxdur və biz başqa bir ölkənin torpaqlarını ələ keçirmək fikrində deyilik".

Qarabaginfo.az “comments.ua”ya istinadən xəbərinə görə, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Tixiy bildirib.

O xatırladıb ki, Kursk ərazisindən Sum vilayətinə 2000-dən çox raket zərbəsi endirilib. G. Tixiy əlavə edib ki, uzaqmənzilli raketlərdən atəş açmağa icazə verilmədiyi üçün ölkəsi mürəkkəb vəziyyətlə üzləşib.

Bununla belə, Ukrayna XİN-in nümayəndəsi ordunun müdafiə məqsədilə bütün zəruri tədbirləri həyata keçirəcəyini açıqlayıb: “Avropanın sivil hərbi birləşməsi olan Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində keçirdiyi hərbi əməliyyatlar zamanı beynəlxalq humanitar hüquqa ciddi şəkildə riayət edir. Buradakı əsas hədəflərimiz hərbi obyektlər, eləcə də onların hərbi kontingentidir. Ölkəmizə müharibəni Rusiyanın gətirdiyi üçün indi də döyüşlərin onun ərazisində davam etməsi tamamilə ədalətli addımdır”.

Georgi Tixinin sözlərinə görə, vəziyyətin sabitləşdirilməsi üçün rəsmi Moskva ədalətli sülhün bərqərarına razılaşmalıdır.



Xəbəri paylaş

54 dəfə oxunub.

Digər xəbərlər