Saytımızı qiymətləndirin


 
 

Sabah rayonlarda yağış, qar yağacaq
Tarix: 07-12-2021 | Saat: 13:26
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Sabah rayonlarda yağış, qar yağacaq

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-15° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 65-75 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və qərb rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi bəzi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 13-17° isti, dağlarda gecə 3-6° şaxta, gündüz 5-10° isti olacaq.



Xəbəri paylaş

257 dəfə oxunub.

Digər xəbərlər