Saytımızı qiymətləndirin


 
 

Məleykə Abbaszadə​ sual kitabçalarının verilməmə səbəbini açıqladı
Tarix: 16-04-2022 | Saat: 13:26
Bölmə:Karusel / Təhsil | çapa göndər

Məleykə Abbaszadə ixtisas qruplarındakı dəyişikliklərə aydınlıq gətirib

 

“Bütün sınaq imtahanlarında sual kitabçaları verilir. Çünki sınaq imtahanlarının məqsədi odur ki, valideynlər uşaqlarının hansı sahədə zəif olduğunu müşahidə edə bilsinlər. Bunun üçün də sual kitabçalarına baxa bilirlər”.

Qarabaginfo.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 11 illlik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrini şərh edərkən deyib. 
O bildirib ki, real imtahanlarda sual kitabçaları verilməməlidir: “Heç bir ölkədə belə bir şey yoxdur ki, şagirdlərə imtahandan çıxarkən sual kitabçaları verilsin. 2000-ci ildən sonra biz bu addımı atdıq və şagirlərə real imtahanlarda sual kitabçalarını verdik. Bu zaman biz elmiliyi şəffaflığa qurban verdik.

Amma onu da deyim ki, bizim bu addımı atmağımız üçün yetəri qədər qapalı suallar bazamız var idi. Biz o sual kitabçalarını verməklə bazada olan sualları itirmiş olurduq. Bilirdik ki, daha sonra həmin suallardan istifadə edə bilməyəcəyik. Bunun nəticəsində apellyasiyaların sayı azalmışdı. Bu yolla valideynlər, şagirdlər sualları evdə araşdırır və apellyasiyaya müraciət etmirdilər. İndi biz sual kitabçalarını vermirik. Əgər imtahanın nəticəsi sizi qane etmirsə, elektron imtahanlara daxil olaraq test suallarını yerində yoxlaya, qarşılaşdıra bilərsiniz. Qiymətləri də 3 manatdan 5 manata qədərdir”.



Xəbəri paylaş

244 dəfə oxunub.

Digər xəbərlər