Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda 30 nəfər dəm qazından zəhərlənib
Tarix: 07-12-2021 | Saat: 12:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

Son bir ayda Kliniki Tibbi Mərkəzə dəm qazından zəhərlənmə faktı ilə bağlı 30 nəfər müraciət edib.

 

Mərkəzdən  Qarabaginfo.az-a verilən xəbərə görə, onlar arasında ölüm hadisəsi qeydə alınmayıb. Müraciət edənlərin hər biri həkimlərin səyi nəticəsində sağalaraq, evə buraxılıb.

 

Havaların soyuması ilə əlaqədar son zamanlar dəm qazından zəhərlənmə halları çoxalıb. Başgicəllənmə, başağrısı, ürəkbulanma, qulaqlarda küy, qusma, yuxululuq, müvazinətin itməsi, sayıqlama, hallüsinasiyalar, qıcolma tutmaları və s. zəhərlənmə əlamətləridir.

 

Dəm qazından zəhərlənmə zamanı ilkin təcili yardım gələnədək bəzi tədbirlərin görülməsi kritik vəziyyətin qarşısını ala bilər. Dəm qazından zəhərlənən şəxsi təmiz havaya çıxarmaqla yanaşı, ağız boşluğunu selikdən təmizləmək, nəfəs almasını bərpa etmək və lazım gələrsə, süni nəfəs vermək lazımdır.



Xəbəri paylaş

314 dəfə oxunub.

Digər xəbərlər