Saytımızı qiymətləndirin


 
 

“Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Prezident təqaüdünün təyin edilməsi üçün tələb olunan sənədlər açıqlanıb
Tarix: 17-03-2021 | Saat: 13:10
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Prezident təqaüdünün təyin edilməsi üçün tələb olunan sənədlər açıqlanıb

"Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı”na dəyişiklik edilir.

Qarabaginfo.az-ın məlumatına görə, Baş nazir Əli Əsədovun imzaladığı “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərara əsasən, Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün aşağıdakı sənədlər tələb olunacaq.

- Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltifolunma haqqında vəsiqənin və ya Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının surəti.

Qərar 2021-ci il yanvarın 1-dən tətbiq edilir.



Xəbəri paylaş

1367 dəfə oxunub.

Digər xəbərlər