Sazişdə Zəngəzur dəhlizi var, nağıl danışmayın – Akopcanyan
Tarix: 03-12-2021 | Saat: 11:34
Bölmə:Karusel / Gündəm | çapa göndər
449 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 03-12-2021 | Saat: 11:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

Baş nazir Nikol Paşinyandan tutmuş xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyana qədər, Ermənistan rəhbərliyi lap əvvəldən bildirmişdi ki, Zəngəzur dəhlizi layihəsi heç vaxt reallaşmayacaq. Ermənistan xalqı əmin edilirdi ki, bu, heç söhbət mövzusu da ola bilməz. Amma indi Ermənistan ictimaiyyəti başa düşür ki, onu növbəti dəfə aldatdılar. Zəngəzur dəhlizi layihəsi həyata keçiriləcəkdir - bu, artıq dəqiqdir!
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Razmik Akopcanyan bölüşüb.
Onun sözlərinə görə, rəsmi İrəvan ermənistan ordusunun nailiyyətləri, “artsax” əsgərinin “rəşadəti” haqqında öz xalqına 44 günlük müharibə dövründə nağıllar danışırdı:
“İndi də Zəngəzur dəhlizinin realizə olmayacağı haqqında nagıllar danışılır. Guya bu, yalnız rəsmi Bakının arzusudur və arzu olaraq qalacaq... Bir erməni kimi mən Ermənistan rəhbərliyindən soruşmaq istəyirdim: axı üçtərəfli sazişdə Zəngəzur dəhlizi haqqında yazılıb və bu kağızın altında Paşinyanın imzası durur. Bu, birincisi.
İkincisi, Soçi görüşü bütün "i" hərflərinin üzərində nöqtələri qoydu. Putin bu layihənin əhəmiyyətini açıq şəkildə qeyd etdi.
Ən başlıcası isə Zəngəzur dəhlizi artıq tikinti mərhələsindədir - dəmir yolu layihəsi yaxın zamanlarda istifadəyə veriləcəkdir.
Zəngəzur dəhlizinin layihəsinin reallaşacağını göstərən həddindən çox siqnallar var. Bütün bu ərazilər də Bakının yurisdiksiyasına keçəcək. Onda xalqına bu qədər yalanlar danışan bu adamlar nə edəcəklər? Həmişə olduğu kimi. Hakimiyyətdən bərk-bərk yapışmağa çalışacaqlar”.
Xəbəri paylaş
Digər xəbərlər
9-11-2020, 10:28
Azərbaycan Ordusu yaşayış məntəqələrini atəşə tutmur
5-06-2025, 13:15
Rusiyada dəmiryolunda partlayış olub, iki qatarın hərəkəti dayanıb
20-01-2022, 12:22
Lerik sakini ehtiyatsızlıqdan özünə atəş açıb
19-07-2023, 11:14
Payız referendumuna hazırlıq - 155 deputat, icra başçı postunun ləğvi...
12-11-2019, 13:16
Xətai rayonuna icra başçısı təyin edilib
6-04-2022, 15:57
Aİ-nin Rusiya yanacağına ödədiyi vəsait Ukraynaya etdiyi hərbi yardımdan 35 dəfə çoxdur
18-09-2022, 21:47
Namizədimiz Ərdoğandır - Baxçalı
17-02-2023, 14:59
Azərbaycandan Türkiyəyə daha 22 ədəd modul tipli ev göndərilir


















