Saytımızı qiymətləndirin


 
 

Gəncənin raket atəşinə məruz qalmasının ildönümünə həsr olunmuş tədbir keçirildi - Fotolar
Tarix: 17-10-2024 | Saat: 15:44
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

gencenin-raket-atesine-meruz-qalmasinin-ildonumune-hesr-olunmus-tedbir-kecirildi

Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı, o cümlədən şəhərdə fəaliyyət göstərən universitet və kolleclərin dəstəyi ilə Vətən müharibəsi dövründə Gəncənin növbəti dəfə Ermənistan silhalı qüvvələri  tərəfindən raket hücumuna məruz qalmasının dördüncü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Qarabaginfo.az xəbər verir ki, YAP Gəncə şəhər təşkilatının inzibati binasında baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Pərvin Kərimzadə, universitet rektorları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.

İcra başçısı Niyazi Bayramov çıxışında bildirib ki, Vətən müharibəsi dövründə Gəncə şəhəri və burada yaşanan hadisələr daim Ali Baş Komandan, Prezident İlham Əliyevin diqqət mərkəzində olub: “Dövlət başçısı xalqa müraciətlərində, habelə dünyanın nüfuzlu telekanallarına verdiyi müsahibələrdə Ermənistanın hərbi cinayətlərə əl atdığını bildirib, mülki şəxslərin hədəfə alındığını dünya ictimaiyyətinin diqqətinə çatdırıb və bunun döyüş meydanında layiqli cavabının olacağını söyləyib.

Ermənistan silhalı qüvvəllərinin hücumu zamanı qanlar içində olmasına baxmayaraq, gülümsəyən və Azərbaycan xalqının qorxmazlıq simvoluna çevrilən Bəxtiyar Heydərli isə çıxışında həmin gecə baş verənləri danışaraq, o gecə qorxmadığını və bu hadisəni unutmayacağını deyib.

Tədbirin sonunda SN Gəncə Tibb Kolleci PHŞ-nin tələbələri tərəfindən vətənpərvərliyə həsr olunmuş şeirlər səsləndirilib.







 



Xəbəri paylaş

133 dəfə oxunub.

Digər xəbərlər