Tarix: 29-11-2021 | Saat: 19:47
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
COVID sertifikatlarının və xarici sertifikatların qarşılıqlı tanınması proseduru müəyyənləşib.
Qarabaginfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqləditi “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanlnması qaydası”nda əksini tapıb.
Beləliklə, COVID sertifikatlarının Azərbaycan Respublikasının hüdudla rından kənarda tanınması və xarici sertifikatların Azərbaycan Respublikasında tanınması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi beynəlxalq təcrübədə mövcud olan razılaşmaların şərtləri nəzərə alınmaqla və texniki cəhətdən mümkün olduğu təqdirdə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə xarici dövlətlərin səlahiyyətli orqanları ilə COVID sertifikatlarında və xarici sertifikatlarda olan məlumatların həqiqiliyinin təsdiqlənməsi funksiyaları olan proqram təminatı ilə mübadiləsini həyata keçirir, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyini, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətini, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətini proqram təminatı ilə təmin edir və aidiyyəti informasiya sistemləri ilə inteqrasiya əsasında zəruri məlumatları ötürür. COVID sertifikatlarının Azərbaycan Respublikasının hüdudla- rından kənarda tanınmasını tənzimləyən beynəlxalq razılaşmalar COVID sertifikatlarına dair texniki və təhlükəsizlik tələblərindən fərqli şərtlər də nəzərdə tuta bilər. Bu zaman xarici ölkələrin səlahiyyətli orqanları ilə proqram təminatına dair məlumatların mübadiləsi zamanı COVID sertifikatlarına dair texniki və təhlükəsizlik tələblərinin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir.
Digər xəbərlər