Saytımızı qiymətləndirin


 
 

İtaliyada “Omikron” ştamına qarşı peyvəndlərin effektivliyi qiymətləndirilib
Tarix: 29-11-2021 | Saat: 08:58
Bölmə:Karusel / Dünya | çapa göndər

İtaliyada “Omikron” ştamına qarşı peyvəndlərin effektivliyi qiymətləndirilib

“Mövcud peyvəndlərin “Omikron” ştamından qorunmanı təmin edəcəyi ehtimalı yüksəkdir”.

Qarabaginfo.az xəbər verir ki, bunu İtaliya səhiyyə nazirinin COVID-19 pandemiyası üzrə müşaviri, Ali Sağlamlıq İnstitutunun keçmiş prezidenti Valter Rikkardi “Rai” telekanalına açıqlamasında bildirib.

Müşavir qeyd edib ki, “Omikron” variantı narahatlıq doğuran kimi təsnif edilib, lakin hər hansı bir nəticə çıxarmaq hələ tezdir: “Bir neçə amil artıq məlumdur. İşin mənfi tərəfi odur ki, bu variant böyük yayılma potensialına malikdir. Cənubi Afrikada iki həftə ərzində 1%-dən 30%-ə yüksəldi. Yoluxuculuq baxımından o, hətta "delta" versiyasını da üstələyir”.

Rikkardi əlavə edib ki, “Omikron”la bağlı, eyni zamanda müsbət amillər də var: “Buna misal kimi, “Omikron”a yoluxma zamanı xəstəliyin nisbətən yüngül keçməsini və mövcud testlərdən istifadə etməklə onun aşkarlanmasının effektivliyini qeyd edə bilərik: “Cənubi Afrika tibbi rəhbərliyindən bu xəstəliyin yüksək şiddətə səbəb olmadığı barədə hesabatlar aldıq. İsraildən yeni gələn digər müsbət xəbər isə hazırda mövcud olan testlər vasitəsilə ona diaqnoz qoymağın davam etməsidir”.



Xəbəri paylaş

1289 dəfə oxunub.

Digər xəbərlər