Tarix: 19-07-2022 | Saat: 07:34
Bölmə:Karusel / Region | çapa göndər
Türkiyənin “Baykar Makina” şirkətinin icraçı direktoru Haluk Bayraktar “Bayraktar” pilotsuz uçan aparatlarının Rusiyaya satışına heç vaxt icazə verməyəcəyini və Ukraynanı dəstəklədiyini bildirib.
Qarabaginfo.az xəbər verir ki, CNN telekanalına müsahibəsində o, Türkiyənin Ukraynanın silah təchizatından danışıb.
“Türkiyə ilə Ukrayna arasında xüsusilə aerokosmik və müdafiə sektorlarında strateji səviyyədə əlaqələr var. Türkiyə Ukraynaya döyüş pilotsuz təyyarələri ilə dəstək verir. Biz Ukraynadan pilotsuz təyyarələr üçün turbin mühərrikləri alırıq. Biz Ukrayna ilə münasibətləri elə qurmuşuq ki, bu, hər iki ölkəyə üstünlük qazandırır”.
“Bayraktar” PUA-larının Rusiyaya tədarükünün mümkünlüyü ilə bağlı suala isə Bayraktar mənfi cavab verib.
“Biz onları təmin etmədik. Bunu heç vaxt etməyəcəyik. Çünki biz Ukraynanı, onun suverenliyini, müstəqilliyi uğrunda mübarizəsini dəstəkləyirik”.
Bundan əvvəl, mayın sonunda Litvanın “Laisvės TV” şirkəti Ukrayna üçün “Bayraktar” pilotsuz uçuş aparatının alınması üçün vəsait toplamağa başlayıb. Üç həftədən az bir müddətdə demək olar ki, 6 milyon avro toplandı.
Digər xəbərlər