Saytımızı qiymətləndirin


 
 

Nazirlik pensiyalarla bağlı MƏLUMAT YAYDI
Tarix: 26-11-2021 | Saat: 17:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

Nazirlik pensiyalarla bağlı MƏLUMAT YAYDI

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün, noyabrın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının da ödənilməsi təmin edilib.

Nazirlikdən Qarabaginfo.az-a verilən məlumata görə, vətəndaşlar sosial ödənişlərini kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Qeyd edək ki, noyabrın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar, noyabrın 15-də isə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə pensiyalar ödənilib.

Beləliklə, noyabr ayının bütün sosial ödənişləri başa çatdırılıb.



Xəbəri paylaş

252 dəfə oxunub.

Digər xəbərlər