Saytımızı qiymətləndirin


 
 

Qərbi Zəngəzura qayıdırıq: “Azərbaycan əsgəri Mehri, Gorus, Qafan və Sisiyanı birləşdirən yolları nəzarətdə saxlayır
Tarix: 18-11-2021 | Saat: 07:57
Bölmə:Karusel / Region | çapa göndər

“İrəvandan cənuba iki yol var. Biri ötən ildən Azərbaycanın nəzarətində olan Gorus-Qafan yolu, ikincisi isə hələ inşa olunan Qafan-Tatev-İrəvan magistralı. Hər iki yol isə Gorusdan İrəvana gedən yola birləşirdi”.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri konkret.az-a açıqlamasında politoloq Zaur Məmmədov səsləndirib. O bildirib ki, dünəndən etibarən Azərbaycan artilleriyası bu yolun cəmi bir neçə kilometrliyində dayanıb: “Bu yollardan başqa Ermənistanın cənubla əlaqəsi coğrafi olaraq mümkünsüzdür. Hazırda Mehri, Gorus, Qafan, Sisiyan və digər yaşayış məntəqələrini birləşdirən yolları nəzarətdə saxlayırıq. Qərbi Zəngəzura yavaş – yavaş qayıdırıq” – deyə politoloq vurğulayıb.



Xəbəri paylaş

1243 dəfə oxunub.

Digər xəbərlər