Tarix: 15-11-2021 | Saat: 12:25
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Amnistiya aktı qəbul edilən andan qüvvədədir. 5 noyabrda Milli Məclis tərəfindən Amnistiya aktı qəbul edilib və həmin gündən də onun tətbiqinə başlanılıb. Tətbiqi prosesi isə cəzaçəkmə müəssələri, probasiya xidməti, məhkəmələr, təhqiqat və istintaq orqanları və hərbi hissəsinin komandanlığı tərəfindən həyata keçirilir. Eyni zamanda, prokuror da iştirak edir. Bir sıra məsələlər prokurorla razılaşdırılıb həyata keçirilir”.
Bu fikirləri Prezident yanında Əfv Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.
Ə.Nuriyev bildirib ki, Amnistiya aktının ümumilikdə 16-17 min nəfəri əhatə etməsi gözlənilir.
“Onlardan 5500 nəfər cəzadan azad ediləcək, o cümlədən 3 mini cəzadan tam azad ediləcək. Digər hissəsinin cəzası azaldılacaq. 8800 nəfər isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan digər cəzalardan azad ediləcək. Burada ictimai işlərdə cərimə cəzalarından, islah işlərindən, eyni zamanda müəyyən vəzifə tutmaq hüququndan məhrum edilən şəxslərdən söhbət gedir. Bu da 15 minə yaxın şəxs əhatə edir”.
Ə.Nuriyev bildirib ki, hərbi hissə komandanlığı tərəfindən intizam xarakterli cəzalar tətbiq edilmiş şəxslər hərbi hissələrdən buraxılacaq.
“Amnistiya aktı kimə şamil olunursa, dərhal sənədlər prosedurlardan keçəndən sonra tətbiq edilir. Artıq 500 -ə yaxın şəxsə tətbiq olunub. Proses davam etməkdədir”.
Modern.az
Digər xəbərlər