Saytımızı qiymətləndirin


 
 

Sabahın hava proqnozu açıqlandı
Tarix: 28-04-2020 | Saat: 15:14
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Aprelin 29-da gözlənilən hava proqnozu açıqlanıb.

 

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a  verilən məlumata görə, aprelin 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12° isti, gündüz  15-19° isti olacaq.

 

Bakıda gecə 10-12° isti, gündüz  17-19° isti olacaq.

 

Atmosfer  təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz  45-50 % olacaq. 

 

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu  gecə 7-12° isti, gündüz  18-22° isti, dağlarda gecə 3-7° isti, gündüz   7-12°  isti olacaq.

 



Xəbəri paylaş

371 dəfə oxunub.

Digər xəbərlər