Saytımızı qiymətləndirin


 
 

General Hikmət Həsənov prezidentlə görüşdə niyə olmadığını açıqlayıb - "Minaya düşmüşəm..."(FOTO/VİDEO)
Tarix: 11-11-2021 | Saat: 15:48
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu gün ölkə mətbuatında Prezident İlham Əliyevin Zəfər Günü Şuşada hərbçilərlə görüşündə Vətən müharibəsi döyüşlərinə rəhbərlik edən generallar arasında 1-ci Ordu korpus komandiri, general-mayor Hikmət Həsənovun olmaması ilə bağlı fərqli məlumatlar yayılıb. 

Xəbərdə müxtəlif səbəblər qeyd olunsa da, general-mayor Hikmət Həsənov olaraq Bizimxeber.az-a tədbirdə niyə iştirak etmədiyinin səbəblərini açıqlayıb.

General bildirib ki, müharibə zamanı aldığı zədələr səbəbindən hazırda hərbi hospitalda müalicə alır: “10 noyabr 2020-ci il tarixində bağlanan üçtərəfli bəyanatdan sonra, Ağdam şəhərinin qaytarılması əməliyyatı zamanı mənim də olduğum zirehli avtomobil ermənilərin basdırdığı minaya düşdü. Partlayış nəticəsində müxtəlif zədələr aldım və hazırda sistemli olaraq müalicədəyəm”.

General-mayor həmçinin əlavə edib ki, burda başqa səbəb axtarmaq lazım deyil: “Vətənə, dövlətə xidmətim davam edir. Fürsətdən istifadə edərək Azərbaycan xalqını, bütün zabit, gizir və əsgər heyətini Zəfər Günü münasibəti ilə təbrik edirəm. Qazilərimizə şəfa, Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qarabağ Azərbaycandır!”.

Məlumat üçün bildirək ki, Prezidentlə olan bu görüşdə əksər generallar, həmçinin Baş Qərərgahın diğər general heyəti, eləcə də, Quru Qoşunların Komandanı, korpus komandirləri (ərazi üzrə cavabdeh komandirlər istisna olmaqla) də iştirak etməyib.

Qeyd edək ki, Hikmət Həsənov 2020-ci il oktyabrın 3-də Suqovuşanın azad edilməsinə görə Ali Baş Komandan İlham Əliyevin zəng edərək təbrik etdiyi ilk general olub.



Xəbəri paylaş

1544 dəfə oxunub.

Digər xəbərlər