Saytımızı qiymətləndirin


 
 

Gəncə hadisələrində həlak olan polkovnikin oğlu ABŞ-da çempion oldu   FOTO
Tarix: 19-12-2018 | Saat: 15:21
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər

Amerikada azyaşlılar arasında keçirilən güləş üzrə birincilikdə Nəimi Elşad oğlu Quliyev finalda qələbə qazanıb.

"Qarabaginfo" "Modern.az"-a istinadən bildirir ki, “Nəiminin 7 yaşı var. Amerikada güləş üzrə keçirilən birincilikdə qələbə qazanıb. Həm də qələbəsini atasının ad gününə hədiyyə edib. Nəimi vətənpərvər ruhda tərbiyə alır. Uşaq olmasına baxmayaraq, Azərbaycanın adını ucaltmaq istəyir. Artıq ilk addımlarını atıb. Qeyd edim ki, Nəimi 19 dekabr 1972 ci ildə Zəngilan rayonunda anadan olan, 2012-ci il aprelin 6-da o, DTX-nin Gəncədə terror törətməyə hazırlaşan silahlı qruplaşmaya qarşı keçrilən əməliyyat zamanı qəhrəmancasına həlak olan MTN-in xüsusi təyinatlı dəstəsinin hərbçisi, polkovnik-leytenant Elşad Vəli oğlu Quliyev oğludur. Elşad Quliyev Qarabağ muharibəsi zamanı torpaqlarımızın mudafiəsində fəal iştirak etmişdi. 2005-ci ildə “İgidliyə görə”, 2006-cı ildə “Qüsursuz xidmətə görə”, 2009-cu ildə “Vətən uğrunda” medalları ilə, ölmündən sonra isə “Azərbaycan Bayrağı Ordeni” ilə təltif olunub”.



Xəbəri paylaş

601 dəfə oxunub.

Digər xəbərlər