Tarix: 05-11-2021 | Saat: 09:09
Bölmə:Karusel / Gündəm | çapa göndər
Şəmkirdə karğüzarına qarşı zor tədbiq etməkdə təqsirləndirilən Kür Qəsəbə Mənzil İstismar Sahəsinin sabiq rəisi Vazeh Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Qarabaginfo.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.Cinayət işi Nural Əliyevin icraatına verilib.
Qeyd edək ki, martın 4-də rayonun Kür Qəsəbə Mənzil İstismar Sahəsində (MİS) kargüzar işləyən Aliyə Kazımovanın həmin MİS-in rəisi Vazeh Vəliyev tərəfindən döyülməsi barədə və V.Vəliyevin iş yerində daim münaqişə yaratması ilə bağlı müraciətləri əsasında rayon prokurorluğundan araşdırma aparılıb.
Araşdırmalarla V. Vəliyevin vəzifə səlahiyyətlərini aşaraq tabeçiliyində işləyən kargüzar A. Kazımovaya zor tətbiq etməklə sonuncuya xəsarət yetirməsi faktına görə, barəsində Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi başlanıb.
V. Vəliyev şübhəli şəxs qismində tutulub.
Digər xəbərlər