Saytımızı qiymətləndirin


 
 

Ərdoğanın yeni hökumətində kimlər ola bilər? - SİYAHI
Tarix: 31-05-2023 | Saat: 11:48
Bölmə:Karusel / Region | çapa göndər

Ərdoğanın yeni hökumətində kimlər ola bilər? - SİYAHITürkiyədə hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın yenidən ölkə başçısı seçilməsindən sonra qurulacaq yeni hökumətin tərkibi geniş müzakirə olunan məsələlərdəndir.

 

Qarabaginfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu mövzuda bir sıra kulis məlumatları yayılıb.

 

Hazırkı kabinədəki 17 nəfərdən 15-i parlament seçkilərində namizəd olaraq deputat seçilib. Qanunvericiliyə əsasən, prezidentli respublika olan Türkiyədə həm icraedici, həm də qanunverici hakimiyyətdə eyni vaxtda təmsil olunmaq qadağandır.

 

Bu baxımdan yeni hökumətdə əksər nazirliklərə yeni simaların təyin olunması gözlənilir. Bununla belə, parlamentə seçilmiş bəzi eks-nazirlərin də yenidən təyinat alaraq deputatlıqdan istefa verməsi ssenarisi gündəmdədir.

 

Bir sıra mənbələrə görə, yeni hökumətdə kadr dəyişiklikləri ilə yanaşı, struktur dəyişiklikləri də gözlənilir. Belə ki, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Xəzinə və Maliyyə Nazirliyi iki hissəyə bölünə bilər.

 

Ərdoğanın andiçmə mərasiminin 2 iyun və ya 6 iyun tarixində baş tutacağı barədə məlumatlar yayılıb. Rəsmi olaraq hökumət tərkibinin elan olunması bundan sonra həyata keçiriləcək.

 

Hansı vəzifələrə kimlərin təyin oluna biləcəyi barədə məlumatı aşağıdakı cədvəldən almaq mümkündür:

 

Vitse-prezident:

Hakan Fidan, Mehmet Şimşek, Binali Yıldırım

Parlament sədri:

Numan Kurtulmuş, Fuat Oktay

Daxili işlər naziri:

Süleyman Soylu, Hakan Fidan, Hasan Doğan, Vasip Şahin, Fuat Oktay, Seyfullah Hacımüftüoğlu

Xarici işlər naziri:

Mevlüt Çavuşoğlu, İbrahim Kalın, Hakan Fidan

Milli müdafiə naziri:

Hulusi Akar, Yaşar Güler, Ümit Dündar

Ədliyyə naziri:

Mustafa Şentop, Ali İhsan Yavuz, Şaban Yılmaz

Energetika naziri:

Berat Albayrak, Alpaslan Bayraktar, Mustafa Yılmaz

Ailə və sosial xidmətlər naziri:

Kübra Güran Yiğitbaşı, Ravza Kavakçı, Arzu Akalın, Saliha Okur

Əmək və sosial təhlükəsizlik naziri:

Bülent Turan, Adnan Ertem, Ruhi Ersoy

Mədəniyyət və turizm naziri:

Mehmet Nuri Ersoy, Menderes Türel, Nadir Alpaslan, Ahmet Misbah Demircan, Serdar Çam, Mustafa Destici

Xəzinə və maliyyə naziri:

Mehmet Şimşek, Cevdet Yılmaz, Lütfü Elvan, Osman Arslan, Mehmet Ali Akben

Səhiyyə naziri:

Fahrettin Koca, Necdet Ünüvar, Cevdet Erdöl, Mehmet Ali Aydınlar

Gənclər və idman naziri:

Fatih Şahin, Hamza Yerlikaya, Hidayet Türkoğlu, Enes Eminoğlu

Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri:

Murat Kurum, Mehmet Özhaseki, Ömer Bulut

Milli təhsil naziri:

İbrahim Er, Ali İhsan Yavuz, Yusuf Tekin, İsmet Yılmaz, Erhan Afyoncu

Kənd təsərrüfatı və meşəçilik naziri:

 Vahit Kirişçi, İbrahim Yumaklı, Akif Balta

Sənaye, elm və texnologiya naziri:

Rıfat Hisarcıklıoğlu, Mehmet Fatih Kacır, İsmail Demir, Temel Kotil

Ticarət naziri:

Vedat Demiröz

Nəqliyyat, rabitə və infrastruktur naziri:

Ahmet Arslan, Ömer Fatih Sayan, Mustafa Ilıcalı

Təbii fəlakətlər və miqrasiya naziri:

Mehmet Güllüoğlu, Gökmen Çiçek, Seddar Yavuz

 

Məlumata görə, "Cümhur İttifaqı"na daxil olan siyasi qüvvələrdən Milliyyətçi Hərəkat Partiyasına vitse-prezidentlik, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və HÜDAPAR-a nazir müavini postları verilə bilər.

 

Qeyd edək ki, 14 mayda keçirilmiş prezident seçkilərinin ilk turunda heç bir namizədin 50%+1 səs toplaya bilməməsindən sonra 28 mayda Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğan 52,18 faiz, "Millət İttifaqı"nın namizədi Kemal Kılıçdaroğlu isə 47,82 faiz səs qazanıb.(Modern.az)



Xəbəri paylaş

182 dəfə oxunub.

Digər xəbərlər