Saytımızı qiymətləndirin


 
 

Rusiyada işləməyə gələn miqrantlardan DNT nümunələri götürüləcək
Tarix: 03-11-2021 | Saat: 13:01
Bölmə:Karusel / Region | çapa göndər

Rusiyada işləməyə gələn miqrantlardan DNT nümunələri götürüləcək

Rusiyaya işləmək üçün gələn əcnəbi miqrantların genomik qeydiyyatı aparılacaq.

Qarabaginfo.az xəbıər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

S. Petrenko İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin Rusiyaya işləməyə gələn miqrantların genomik qeydiyyatının aparılması haqqında qanunvericilik təklifinin hazırlanması barədə göstəriş verdiyini söyləyib.

"İstintaq Komitəsinin sədri “Rusiya Federasiyasında dövlət genomik qeydiyyat haqqında” federal qanununa dəyişiklik layihəsinin hazırlanması haqqında göstəriş verib. Hansı ki, qanuna dəyişiklik Rusiyada işləmək icazəsi almaq istəyən xarici ölkə vətəndaşlarının mütləq genomik qeydiyyatdan keçməsini nəzərdə tutur”, deyə İstintaq Komitəsinin rəsmi nümayəndəsi vurğulayıb.

S. Petrenkonun sözlərinə görə, A. Bastrıkinin bu qərarına miqrantlar tərəfindən törədilən cinayətlərin sayının artması və Rusiyada kriminal vəziyyətin gərginləşməsi səbəb olub.

Belə ki, əgər 2020-ci ilin altı ayında hüquq-mühafizə orqanları əcnəbilərə qarşı başlanmış 17 mindən çox işi araşdırıbsa, 2021-ci ilin birinci yarısında bu rəqəm 19 minə yaxın olub.

Qeyd edək ki, genomik qeydiyyat insandan DNT nümunəsinin götürlməsi deməkdir.



Xəbəri paylaş

1247 dəfə oxunub.

Digər xəbərlər