Saytımızı qiymətləndirin


 
 

Beynəlxalq axtarışa verilən şəxs Ukraynadan Azərbaycana ekstradisiya edilib
Tarix: 03-11-2021 | Saat: 10:06
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

Beynəlxalq axtarışa verilən şəxs Ukraynadan Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışa verilən azərbaycanlı Ukraynada həbs edilib.

Bu barədə Qarabaginfo.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Ukrayna Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan ərazisində cinayət törədən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilməsi barədə sorğu edilib.

Belə ki, Gəncə Şəhər Prokurorluğunun icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən Cabbarov Seymur İbrahim oğlunun - öz qulluq mövqeyindən istifadə edərək təkrarən xeyli miqdarda maddi ziyan vurmaqla ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamasına əsaslı şübhələr müəyyən edilib.
Seymur Cabbarov barəsində beynəlxalq axtarış elan olunub.

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Azərbaycanın Baş Prokurorluğunun Ukrayna Baş Prokurorluğuna etdiyi sorğu təmin edilməklə Seymur Cabbarov 02.11.2021-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.



Xəbəri paylaş

358 dəfə oxunub.

Digər xəbərlər