Azərbaycan Qırmızı Bazar kəndində Rusiya sülhməramlı hərbçilərinin müşayiəti ilə Ermənistan tərəfə İkinci Qarabağ müharibəsində itkin düşmüş sayılan 11 hərbçinin meyitini verib.

Qarabaginfo.az xəbər verir ki, onların kimliyi Ermənistanda məhkəmə-tibb ekspertizasından sonra məlum olacaq.

Məlumata görə, 2020-ci il noyabrın 13-dən Azərbaycan Ermənistana 1 697 meyit təhvil verib.