Saytımızı qiymətləndirin


 
 

İstirahət günləri Azərbaycan yollarında 4 nəfər öldü
Tarix: 10-12-2018 | Saat: 10:30
Bölmə:Karusel / Kriminal | çapa göndər

Dekabrın 8-dən 10-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

 

"Qarabaginfo" Daxili İşlər Nazirliyindən "Modern.az"a verilən məlumata istinadən bildirir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 184 cinayət faktı qeydə alınıb, onların da 22-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 12 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.



Xəbəri paylaş

541 dəfə oxunub.

Digər xəbərlər