Direktor: "Azərbaycanda hələlik COVID-19-un yeni ştammı aşkarlanmayıb"
Tarix: 12-02-2021 | Saat: 14:36
Bölmə:Karusel / Gündəm | çapa göndər
1408 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 12-02-2021 | Saat: 14:36
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Türkiyə də daxil olmaqla digər ölkələrdə COVID-19-un mutasiyaya uğramış ştammları görünməkdədir”.
Bunu Qarabaqiinfo.az-a V. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib.
O bildirib ki, Türkiyədə Cənubi Afrika, Böyük Britaniya ştammı və hələ ki, adı bəlli olmayan 3-cü ştamm mövcuddur: “Azərbaycanda hələ ki, yeni ştamma yoluxma halı qeydə alınmayıb. Buna baxmayaraq, TƏBİB tərəfindən bəzi xəstələrdən izolyasiya edilmiş nümunələr götürülərək yoxlanılıb və həmin analizlərdə yeni ştamm aşkarlanmayıb. Təbii ki, yeni ştamm hər an ölkəmizə daxil ola bilər, bu, sürpriz deyil".
Həkimin sözlərinə görə, Azərbaycanda Milli Hematologiya və Transfuziologiya Mərkəzində mutasiyaya uğramış virusun analizləri aparılır: “Bununla bağlı bizim kifayət qədər təchizatımız var. Aylardır TƏBİB tərəfindən bunlar təşkil olunub. Bu, genom analizi ilə müəyyənləşdirilir”.
Xəbəri paylaş
Digər xəbərlər
24-02-2022, 15:33
Yol polisi dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
18-01-2025, 13:37
Tehranda Ali Məhkəmənin 3 hakimi güllələnib, ikisi ölüb
28-10-2025, 15:48
Prezident İlham Əliyev Cəbrayıl şəhər məscidinin təməlini qoyub
9-01-2018, 14:03
Media nümayəndələri helikopterlə itkin düşmüş alpinistlərin axtarıldığı əraziyə aparılıb
5-02-2025, 15:02
Prezident: Azərbaycanın Kahramanmaraşda bərpa işlərinə töhfə verərək Türkiyənin yanında olmağından böyük qürur hissi duyuruq
18-09-2022, 16:30
Peskov: Rusiya və Çin bütün dünyanı idarə etmək iddiasında deyillər
6-07-2025, 22:09
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
20-10-2021, 19:09
Sahibə Qafarovanın Yunanıstana işgüzar səfəri başlayıb
5-03-2024, 11:03
Od çərşənbəsində 23 dərəcə isti olacaq

















